Çində zəlzələ nəticəsində zərərçəkənlərin sayı 13 mini ötüb
Digər ölkələr
- 30 mart, 2015
- 11:08
Bakı. 30 mart. REPORT.AZ/ Çinin cənub-qərbindəki Quyçjou əyalətində baş verən 5,4 maqnitudalı zəlzələ nəticəsində zərərçəkənlərin sayı 13 mini ötüb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Yeraltı təkanlar yerli vaxtla saat 09:47-də Tsimen şəhərindən 29 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin episentri 14,6 km dərinlikdə olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, zəlzələdə ən çox Tszyanxe qəzası zərər görüb. 3,1 min evə ziyan dəyib, damlardan kirəmitlər tökülüb, divarlarda çatlar əmələ gəlib.
Ölənlər haqqında məlumat daxil olmayıb. Hazırda zəlzələdən zərər çəkən rayonlarda bərpa və xilasetmə işləri aparılır.
Son xəbərlər
23:51
Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib
Digər ölkələr23:44
Foto
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
Hadisə23:26
İran ABŞ ilə münaqişənin regiondan kənara yayıla biləcəyini bildirib
Region23:10
"İnter Mayami" Kazemironu transfer edib
Futbol23:07
SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Region23:03
Bakıda dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
Fərdi22:59
Foto
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Xarici siyasət22:50
Maduronun işi üzrə məhkəmə prosesinin başlanma tarixi açıqlanıb
Digər ölkələr22:33