Çində masaj salonunda yanğın baş verib, altı nəfər ölüb
Digər ölkələr
- 02 may, 2026
- 15:42
Çinin mərkəzi hissəsində yerləşən Henan əyalətində baş verən yanğın nəticəsində altı nəfər ölüb.
"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə mayın 2-də səhər saatlarında Linbao şəhərində yerləşən ayaq masajı salonunda baş verib.
Məlumata görə, alov sürətlə yayılaraq güclü tüstülənməyə səbəb olub, nəticədə altı nəfər məkanın içərisində qalıb.
Yanğınsöndürənlər zərərçəkənləri operativ şəkildə təxliyə edərək tibb müəssisəsinə çatdırıblar, lakin onları xilas etmək mümkün olmayıb. Salonda olan daha beş nəfər isə xilas edilib.
Yanğının səbəbləri hələ ki müəyyən edilməyib.
Son xəbərlər
15:27
Vuçiç: Serbiya ÜDM artımına görə gələn il Avropada birinci olacaq
Digər ölkələr15:16
"Mançester Yunayted" Aleks Skott üçün 40 milyon funt sterlinq təklif etməyə hazırdır
Futbol15:03
Netanyahu sabah ABŞ-yə səfər edəcəyini açıqlayıb
Digər ölkələr14:55
Serbiyada prezident seçkilərinin mümkün tarixi açıqlanıb
Digər ölkələr14:48
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib
Digər ölkələr14:39
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında mübarizə başa çatıb
Fərdi14:29
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatında İslandiyaya uduzub
Komanda14:24
Foto
Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edilib
Daxili siyasət14:13