Çində daşqın baş verib, xeyli sakin təxliyə olunub
Digər ölkələr
- 21 avqust, 2020
- 09:26
Çinin cənub-şərqindəki Çonqçinq meqapolisi dünən 1939-cu ildən bu yana ən böyük daşqın ilə üzləşib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Yanqtze çayının il ərzində artıq beşinci, son günlər ərzində ikinci dəfədir daşması nəticəsində ilk dəfədir birinci dərəcəli daşqın təhlükəsinin elan olunub. Şəhərdə minlərlə sakin təxliyə olunub, sahilboyu ticarət və sair iş məkanları bağlanıb. Daşqınların Yanqtze çayının yuxarı hissəsi boyu yağan leysan yağışları ilə bağlı olduğu bildirilir.
Şəhərin tarixi mərkəzi Kiçikou da daxil olmaqla bir sıra ərazisi su altında qalıb. Dünən səhər vəziyyətlə tanış olmaq üçün baş nazir Li Keçianq hadisə yerinə gəlib.
Son xəbərlər
02:18
İsraildə milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşüb
Digər ölkələr01:32
BCM-nin keçmiş prokuroru işdən çıxarılması barədə qərardan şikayət verəcək
Digər ölkələr01:13
Küveyt İrana qarşı hərbi əməliyyatda iştirakını təkzib edib
Digər ölkələr00:43
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb
Digər ölkələr00:18
NY Post: Vaşinqton İranda zənginləşdirilmiş uranın ələ keçirilməsi üzrə əməliyyata hazırlaşır
Digər ölkələr23:50
Ukrayna İranın Xəzərdəki gəmisini vurub, ölən və yaralılar var
Region23:42
Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarılıb
Digər23:25
İsrail hərbçiləri Qəzzada HƏMAS-ın üç komandirini öldürüb
Digər ölkələr23:13