Çin Suriyada hərbi gücdən istifadənin əleyhinədir

Digər ölkələr
  • 10 aprel, 2017
  • 10:45
Çin Suriyada hərbi gücdən istifadənin əleyhinədir

Bakı. 10 aprel. REPORT.AZ/ Çin Suriyada hərbi gücdən istifadənin əleyhinədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin ABŞ dövlət katibi Reks Tillersonun Çin rəhbəri Si Tszinpinin ABŞ dövlət başçısına Suriyaya aviazərbələri anladığını söyləməsini şərh edərkən bildirib.

"Çin həmişə beynəlxalq münasibətlərdə hərbi gücdən istifadənin əleyhinə olub və indi də əleyhinədir, digər ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət edir. Hesab edirik ki, siyasi həll Suriya böhranının həlli üçün yeganə yoldur", - Hua Çunyin brifinqdə vurğulayıb.

Onun sözlərinə görə, Suriyanın gələcəyini Suriya xalqı həll etməlidir, beynəlxalq ictimaiyyət isə onların seçiminə hörmət etməlidir.