Çin polisi zavodda baş verən partlayışın səbəbini araşdırır

Digər ölkələr
  • 19 yanvar, 2026
  • 07:41
Çin polisi zavodda baş verən partlayışın səbəbini araşdırır

Çinin ictimai təhlükəsizlik orqanları Baotou şəhərində (Daxili Monqolustan Muxtar Vilayəti) metal lövhə istehsal edən fabrikdə baş verən partlayışın səbəbini araşdırır.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, qəzanın səbəblərini hərtərəfli araşdırmaq və məsuliyyət daşıyan şəxsləri müəyyən etmək üçün bölgədə istintaq qrupu yaradılıb: "Vəzifə öhdəliklərini lazımınca yerinə yetirməyənlər qanuna uyğun olaraq məsuliyyət daşıyacaqlar. İctimai təhlükəsizlik orqanları artıq müvafiq müəssisələrdə məsuliyyət daşıyan şəxslərə qarşı tədbir görüblər".

Zavodda istehsal dayandırılıb və şəhərin elektrik və su təchizatı sistemləri fasiləsiz işləyir. Yoxlama partlayışın ətraf mühitə ciddi təsir göstərmədiyini aşkar edib.

"Xinhua" agentliyi əvvəllər Baotou şəhərindəki metal lövhələr fabrikində baş verən partlayış nəticəsində iki nəfərin öldüyünü, beş nəfərin isə itkin düşdüyünü bildirib. Daha 66 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti