Çin nüvə silahları üzrə danışıqlarda iştirak etmək niyyətində deyil
Digər ölkələr
- 06 fevral, 2026
- 16:14
Çin hazırkı mərhələdə nüvə silahları üzrə danışıqlarda iştirak etmək niyyətində deyil.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" EFE-yə istinadən məlumat yayıb.
Rəsmi Pekin hesab edir ki, nüvə tərk-silahı üçün əsas məsuliyyət ən böyük nüvə arsenallarına malik dövlətlərin üzərinə düşməlidir.
"Çinin nüvə imkanları heç bir şəkildə ABŞ və ya Rusiyanın səviyyələrinə uyğun gəlmir, buna görə də hazırda Çin nüvə tərk-silahı danışıqlarında iştirak etmək niyyətində deyil", - Çinin nümayəndəsi Tszyan Şen BMT-nin Cenevrədəki qərargahında bəyan edib.
Onun sözlərinə görə, nüvə tərk-silahı ilə bağlı məsuliyyəti ən böyük nüvə arsenallarına malik dövlətlər öz üzərlərinə götürməli və öz arsenallarını əhəmiyyətli dərəcədə azaltmalıdırlar.
Son xəbərlər
18:03
Azərbaycanda yeni yaradılan hər iki milli parkda ova icazə veriləcək
Ekologiya17:58
Foto
Fərid Əhmədov Göyçayda vətəndaşları qəbul edib
Hadisə17:56
Azərbaycanda "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişib
Biznes17:54
İki milli park haqqında Əsasnamə təsdiqlənib
Daxili siyasət17:54
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 25 min manatdan çox ziyan dəyib
Hadisə17:47
Devid Allen ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili təyin edilib
Region17:38
Omanda İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqlar başa çatıb - YENİLƏNİB
Region17:36
ABŞ-dən olan basketbolçu "Naxçıvan" klubuna keçib
Komanda17:30
Foto