Çində kütləvi intihar aktının qarşısı alınıb
Digər ölkələr
- 04 yanvar, 2015
- 16:55
Bakı. 4 yanvar. REPORT.AZ/ Çin polisi aldadılmış əmanətçilərin qrup şəklində intihar etmək aktının qarşısını alıb.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
"Bazar günü səhər, Şansi əyalətinin şimalında yerləşən Şoçjou şəhərində 12 nəfərin intihar etməsinin qarşısı alınıb", - deyə məlumatda bildirilir.
Qrup səhər saat 10 radələrində hökumət binasının damından aşağı tullanmağı planlaşdırıb. Məmurlar, polislər və yanğınsöndürənlər hadisə yerinə gələrək cəhdin qarşısını alıblar.
İnsanların bu cür addım atmasına "Shanxi Heli" verçur kapitalı şirkəti rəhbərinin onların pulunu mənimsəyərək qaçması səbəb olub.
Son xəbərlər
09:24
Foto
Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
İnfrastruktur09:16
"Sabahın Ulduzları" yarışında "Şəfa"nı "Rekord" klubu əvəz edəcək
Futbol09:07
UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq
Futbol09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.08.2026)
Maliyyə08:54
Tramp: İranla danışıqların nəticəsi yaxın 48 saat ərzində məlum olacaq
Digər ölkələr08:54
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.08.2026)
Maliyyə08:40
Video
Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verib
Hadisə08:30
"The Guardian": "Falcon 9" raketinin bir hissəsi Ayla toqquşacaq
Digər ölkələr08:14
Foto