Çin fil sümüyü satışını qadağan edib
Digər ölkələr
- 31 dekabr, 2016
- 03:40
Bakı. 31 dekabr. REPORT.AZ/ Çində 2017-ci ilin sonunadək fil sümüyünün satışı və sənaye üsulu ilə emalı rəsmi olaraq tam qadağan ediləcək.
"Report" xəbər verir ki, müvafiq sənəd ölkənin Dövlət Şurası tərəfindən qəbul olunub.
Sənəddə bildirilir ki, Çin hökuməti 31 dekabr 2017-ci il tarixindən qadağan olunmuş məhsulun satış obyektlərini və emal yerlərini bağlamağa başlayacaq. 31 dekabr 2017-ci il tarixinədək bu tədbirlər bütün ölkə ərazisində həyata keçirilməlidir. Tətbiq edilən qadağa onlayn ticarətə də aiddir.
Həmin normativ hüquqi aktın icrasına nəzarət ölkənin İctimai Təhlükəsizlik Nazirliyi, Gömrük Xidməti, Kommersiya Nazirliyi, Meşə Təsərrüfatı İdarəsi və digər idarələrə həvələ olunub.
Son xəbərlər
02:02
Video
Türkiyənin F-16 qırıcıları Estoniyadakı bazaya yerləşdirilib
Region01:33
Peruda təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub
Digər ölkələr01:11
Fransanın Baş naziri ölkədəki meşə yanğınlarının nəzarət altına alındığını bildirib
Digər ölkələr00:42
Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib
Region00:13
İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
Region23:50
ÜST KDR tarixində ən böyük Ebola epidemiyası barədə məlumat verib
Digər ölkələr23:23
İranda Netanyahu və Trampın həbsi ilə bağlı qanun qəbul oluna bilər
Region23:07
Rumıniyada AES-in fasiləsiz işləməsi üçün tədbirlər görülür
Digər ölkələr22:56
Foto