Çin cari ilin ilk kosmik buraxılışını həyata keçirib
Digər ölkələr
- 14 yanvar, 2026
- 07:13
Çin "Yaogan-50-1" Yerin məsafədən zondlanması peykini orbitə buraxıb.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu orbital buraxılış Çinin 2026-cı ildə ilk uçuşu olub. Kosmik gəmi 13 yanvar tarixində Pekin vaxtı ilə saat 22:16-da (Bakı vaxtı ilə saat 18:16) Şansi əyalətindəki Tayyuan Peyk Buraxılış Mərkəzindən buraxılıb.
Peyk CZ-6 (Changzheng-6) daşıyıcı raketinin köməyi ilə təyin olunmuş orbitə uğurla daxil olub.
Bildirilib ki, cihaz milli torpaqların tədqiqi, məhsuldarlığın qiymətləndirilməsi və təbii fəlakətlərin qarşısının alınması üçün istifadə olunacaq.
Son xəbərlər
04:07
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
Futbol03:55
İsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır
Digər ölkələr03:18
İsrail Ordusu HƏMAS-ın Qəzza zolağındakı obyektlərinə zərbə endirib
Digər ölkələr02:58
İranın Sirik şəhərində partlayış səsi eşidilib
Region02:26
"SpaceX"in səhmləri ticarətin ilk günündə 19 % artıb
Maliyyə02:02
Türkiyədə 4,6 maqnitudada zəlzələ olub
Region01:54
Serqey Barbarez: "Hesabda irəlidə olarkən qalib gələ bilməmək çox üzücüdür"
Futbol01:49
Əraqçi: ABŞ ilə memorandumun pozulması yekun razılaşmanın iflasına səbəb olacaq
Region01:47