Çexiyada Nazirlər Kabinetinin istefası gözlənilir

Digər ölkələr
  • 06 noyabr, 2025
  • 04:48
Çexiyada Nazirlər Kabinetinin istefası gözlənilir

Çexiya parlamentinin Deputatlar Palatasının (aşağı palatası) ilk iclası başa çatıb və Baş nazir Petr Fialanın rəhbərlik etdiyi hazırkı hökumətin tezliklə istefaya getməsi gözlənilir.

"Report"un məlumatına görə, bu barədə "Denik N" portalı xəbər verib.

Hazırkı kabinet 6 noyabrda günün birinci yarısında toplanacaq. Onun istefası məsələsi müzakirəyə çıxarılacaq. Çexiya mediası əvvəllər bunun həmin gün baş tuta biləcəyini bildirib.

Hökumətin istefası rəsmi olaraq respublika Prezidenti tərəfindən qəbul edilir, mövcud təcrübəyə görə, o, Baş nazirə və nazirlərə yeni kabinet təyin edənə qədər vəzifələrini icra etməyi tapşırmalıdır.

Qeyd edək ki, Çexiyada deputatlar palatasına seçkilər 3 və 4 oktyabrda keçirilib. Ən böyük uğuru müxalifət siyasi hərəkatları ANO (Narazı Vətəndaşların Hərəkatı), "Azadlıq və Birbaşa Demokratiya" və "Avtomobilçilər" əldə ediblər. Onlar noyabrın 3-də hökumət koalisiyası yaratmaq barədə razılığa gəliblər. ANO lideri Andrey Babiş baş nazirliyə namizəddir. Noyabrın 5-də "Azadlıq və Birbaşa Demokratiya"nın rəhbəri Tomio Okamura yeni parlamentin aşağı palatasının spikeri seçildi.

Keçmiş baş nazir Andrey Babiş aşağı palatanın 200 üzvündən 108-nin dəstəyini qazanacaq yeni yaradılmış kabinetin dekabrın ortalarından gec olmayaraq işə başlayacağını gözləyir.

Son xəbərlər

Bütün Xəbər Lenti