Çexiyada koronavirusa qarşı vaksin istehsal olunacaq

Digər ölkələr
  • 31 yanvar, 2021
  • 20:48
Çexiyada koronavirusa qarşı vaksin istehsal olunacaq

Çexiyanın baş naziri Andrey Babiş bildirib ki, apreldə Praqa yaxınlığındakı “Novavax” (ABŞ) əczaçılıq şirkətinin zavodunda koronavirusa qarşı vaksinin istehsalı başlanacaq.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, vaksin dünya bazarına da çıxarılacaq.

"(Çexiyada yerləşən “Novavax” müəssisəsindən-red) Vaksinin (dünya bazarına) tədarükü apreldə başlanmalıdır. Bu mənim alığım ən yeni informasiyadır", - o qeyd edib.

Preparat hazırda Böyük Britaniyada sınaqdan keçirilir. Onun effektivliyi təxminən 90% təşkil edir. “Novavax” bu il təxminən vaksinin 1 milyard dozasını istehsal etməyi planlaşdırır. Bu sayın əhəmiyyətli hissəsi Çexiyada istehsal edilməlidir.

Babiş həmçinin bildirib ki, dekabrın 27-də kütləvi peyvəndə başlayan Çexiya vaksinin 372 765 dozasını alıb. Ölkəyə Amerikanın “Pfizer” şirkətinin və onun alman partnyoru olan “BioNTech”in, həmçinin Amerikanın digər şirkəti “Moderna”nın istehsalı olan vaksinlər gətirilir.

"Çexiya “Pfizer/BioNTech” preparatının 352 365 dozasını alıb. “Moderna" vaksinin 20 400 dozasını çatdırıb, hansı ki, 12 min doza bu gün (dünən-red) daxil oldu”, - baş nazir bildirib.

Çexiya cari ilin birinci rübündə koronavirusa qarşı vaksinin 1,7 milyon dozasını almalıdır. İkinci rübdə respublika daha 8,4 milyon doza gözləyir.

Son xəbərlər

Bütün Xəbər Lenti