Çexiya prezidenti iki həftə müddətinə karantinə alınıb
Digər ölkələr
- 26 noyabr, 2021
- 21:43
Yeni koronavirus infeksiyasına yoluxduğu üçün Praqadakı Mərkəzi Hərbi Hospitalda olan Çexiya Prezidenti Miloş Zeman, bu xəstəliyə yoluxan bütün ölkənin sakinləri kimi iki həftəlik karantinə riayət etməyə borcludur.
“Report” xəbər verir ki, bunu respublikanın baş sanitar həkimi Pavel Svrçinova deyib.
Onun sözlərinə görə, dövlət başçısınin iki həftə müddətinə karantinə alınması məcburdur.
Karantin müddətini dövlət başçısı Lana sarayında keçirəcək. O, həkimlərin nəzarəti altında olacaq və tibb bacıları 24 saat növbətçi olacaqlar. Prezident iqamətgahının bütün əməkdaşları koronavirus testindən keçiblər.
Son xəbərlər
22:56
Foto
Video
UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Dinamo"ya minimal fərqlə uduzub - YENİLƏNİB-4
Futbol22:53
Suriyada mikroavtobus partlayıb, ölən və xəsarət alanlar var
Digər ölkələr22:48
Gürcüstan XİN: Azərbaycanın müraciəti üzrə qanunvericiliyə uyğun tədbirlər görülür
Region22:27
Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində olub
Xarici siyasət22:21
Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti müzakirə edilib - YENİLƏNİB-2
Xarici siyasət22:13
"Real" Vinisiusla müqavilənin müddətini uzadıb
Futbol22:12
İmişlidə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb
Hadisə22:04
Tramp Pit Heqsetin fəaliyyətindən razıdır
Digər ölkələr21:45
Foto