Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var
Digər ölkələr
- 02 mart, 2021
- 20:24
Cənubi Sudanda təyyarə qəzası baş verib.
“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi bildirib.
Qeyd edilir ki, sərnişin təyyarəsi qəzaya uğrayıb.
Cuba Beynəlxalq Hava Limanının rəhbəri Kur Kurol agentliyə bildirib ki, qəzaya uğrayan “South Supreme” Hava Yollarına məxsus təyyarədir. Təyyarə yerli vaxtla saat 17:00-da səmaya qalxıb, lakin az sonra yerə düşüb.
Kur Kurol qəza zamanı çoxlu sayda insanın həlak olduğunu bildirsə də, ölənlərin sayı ilə bağlı dəqiq rəqəm açıqlamayıb.
Yerli medianın məlumatına görə, qəza zamanı 10 sərnişin və 2 heyət üzvü həlak olub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Şirkət qəza ilə bağlı hər hansı açıqlama verməyib.
Son xəbərlər
03:11
Foto
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-5
Futbol02:53
Vasitəçilərlə davam etdirilən ABŞ-İran danışıqlarında heç bir nəticə əldə olunmayıb
Region02:18
CNN: İrana qarşı əməliyyat ABŞ-yə təqribən 40 milyard dollara başa gəlib
Digər ölkələr01:44
Rudi Qarsiya: "Hücum xəttində kifayət qədər səmərəli ola bilmədik"
Futbol01:35
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
Digər ölkələr01:32
İranın qapıçısı Əlirza Beyranvand Belçika ilə oyunun ən yaxşısı adına layiq görülüb
Futbol01:07
Qətərdə fabrikdə partlayış baş verib
Digər ölkələr01:01
Foto
DÇ-2026: Belçika - İran oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3
Futbol00:43