Cənubi Koreyada zavodda baş verən yanğında 10 nəfər ölüb

Digər ölkələr
  • 21 mart, 2026
  • 05:25
Cənubi Koreyada zavodda baş verən yanğında 10 nəfər ölüb

Cənubi Koreyanın Tedjon şəhərində avtomobil hissələri istehsal edən zavodda baş verən yanğın nəticəsində ən azı 10 nəfər ölüb, 59 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğınsöndürənlər hazırda itkin düşmüş dörd nəfəri axtarır. Yanğın zamanı zavodda ümumilikdə 170 işçi olub.

Agentlik Cənubi Koreya rəsmisinə istinadən vurğulayıb ki, təcili yardım xidmətləri artıq yoxlanılan binaları sökməyi və itkin düşmüş şəxslərin axtarışını davam etdirməyi planlaşdırır.

Cənubi Koreyanın Baş naziri Kim Min Sok əvvəllər hadisəyə reaksiya verib. O, yerli təcili yardım xidmətlərinə yanğınla mübarizə aparmaq üçün bütün mövcud resursları və personalı səfərbər etməyi əmr edib. Yanğın 20 martda yerli vaxtla təxminən saat 13:17-də (Bakı vaxtı ilə səhər 08:17) baş verib və alovun söndürülməsi üçün 240 nəfər və təxminən 70 texnika cəlb olunub.