Cənubi Koreya vətəndaşlarının ABŞ-də kütləvi şəkildə saxlanılmasını pisləyib
- 06 sentyabr, 2025
- 01:25

Cənubi Koreya Xarici İşlər Nazirliyi ABŞ-nin Corciya ştatında "Hyundai Motor Group" və "LG Energy Solution" akkumulyator zavodunda keçirilən antimiqrasiya reydi zamanı ölkə vətəndaşlarının saxlanmasını tənqid edib.
"Report" bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir.
Nəşr Cənubi Koreya diplomatik departamentinin nümayəndəsi Li Çje Vunun sözlərindən sitat gətirib: "Amerika bazarına sərmayə qoyan şirkətlərimizin iqtisadi fəaliyyətinə, eləcə də vətəndaşlarımızın hüquq və azadlıqlarının həyata keçirilməsinə heç kim müdaxilə etməməlidir".
O həmçinin Cənubi Koreya XİN-in insidentlə bağlı ABŞ-nin Seuldakı səfirinə duyulan "narahatlıq və məyusluq" ifadə olunduğunu bildirib.
Qeyd edək ki, Corciyada sözügedən müəssisələrdə qanunsuz miqrantların müəyyən edilməsi əməliyyatı zamanı hüquq-mühafizə orqanları 450-dək işçini saxlayıb. Məlumata görə, onların 300-ü Cənubi Koreya vətəndaşıdır.
Amerika tərəfi də, öz növbəsində, basqının "müvafiq sənədləri olmayan şəxslərə qarşı aparılan istintaq çərçivəsində" həyata keçirildiyini açıqlayıb.