Cənubi Afrikada daşqın nəticəsində ölənlərin sayı 400-ə yaxınlaşır
Digər ölkələr
- 16 aprel, 2022
- 04:44
Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 395-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə yerli INC telekanalı məlumat yayıb.
Həftənin əvvəlindən ölkənin ən böyük şəhərlərindən biri olan Durban və ətraf rayonlarda güclü leysan yağışları yağıb. Güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
Ən çox qurban da Durbanda qeydə alınıb - 355. Təbii fəlakət səbəbindən 40,7 mindən çox insan regionu tərk etmək məcburiyyətində qalıb.
Hazırda səlahiyyətlilər daşqınlar nəticəsində ölənlərin sayını dəqiqləşdirir.
Cənubi Afrika Meteorologiya Xidməti bölgədə güclü yağışların davam edəcəyini proqnozlaşdırır.
Son xəbərlər
09:17
FHN: Ötən həftə 672 yanğına çıxış olub, 9 meyit aşkarlanılıb
Hadisə09:07
Fabian Ruis eyni mövsümdə mundialı və UEFA Çempionlar Liqasını qazanan 10-cu futbolçu olub
Futbol09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.07.2026)
Maliyyə08:50
Çin Rusiyadan neft idxalını 17 %-ə yaxın artırıb
Energetika08:33
Vaşinqton Körfəz ölkələrindən maliyyə dəstəyi gözləyir
Digər ölkələr08:16
Bakıda dörd istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:05
Tramp: İran hələ də raket və dronlara malikdir
Digər ölkələr07:37
SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
Digər ölkələr07:08