CENTCOM: SEPAH-ın komanda-idarəetmə məntəqələrini məhv etdik
Digər ölkələr
- 03 mart, 2026
- 09:49
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komanda-idarəetmə məntəqələrinin məhv edildiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Davam edən əməliyyatlar çərçivəsində ABŞ qüvvələri SEPAH-ın komanda-idarəetmə məntəqələrini, hava hücumundan müdafiə vasitələrini, raket və pilotsuz uçuş aparatlarının buraxılış meydançalarını, həmçinin hərbi aerodromları məhv edib", - məlumatda qeyd olunub.
Eyni zamanda, bildirilib ki, Birləşmiş Ştatlar bundan sonra da yaxınlaşan təhdidlərə qarşı "qətiyyətli tədbirlər görməyə" davam edəcək.
Son xəbərlər
08:07
Darren Beyzli: Üstün olduğumuz oyunu qazana bilmədiyimiz üçün məyusəm
Futbol07:16
İran və Yeni Zelandiya oyununun ən yaxşısı müəyyənləşib
Futbol07:03
Dünya çempionatı: İran və Yeni Zelandiya oyununda qalib müəyyənləşməyib
Futbol06:48
"Axios": ABŞ rəsmiləri İranın nüvə sazişinə əməl etməsinə şübhə ilə yanaşırlar
Digər06:19
Tramp ABŞ-nin İrana planlaşdırılan ödənişləri ilə bağlı xəbərləri yalan adlandırıb
Digər ölkələr05:33
İki ay ərzində Hörmüz boğazından keçid ödənişsiz olacaq
Region05:26
Kəbənin örtüyü dəyişdirilib
Din05:08
Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi: "Uruqvayla oyunda qazanılan 1 xal çox dəyərlidir"
Futbol04:53