CENTCOM İran limanına gedən boş tankeri vurub
Digər ölkələr
- 16 iyul, 2026
- 06:39
ABŞ Silahlı Qüvvələri Fars körfəzinin akvatoriyasında İranın Xark adasına doğru hərəkət edən, Kurasao bayrağı altında üzən "Belma" neft tankerinə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"ABŞ qüvvələri İrana qarşı dəniz blokadasının həyata keçirilməsini təmin edib və iyulun 15-də Fars körfəzindəki İran limanına keçməyə cəhd edən boş neft tankerini sıradan çıxarıb", – deyə bəyanatda bildirilib.
CENTCOM əlavə edib ki, gəmi dəfələrlə edilən xəbərdarlıqlara cavab verməyib.
Bundan sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə gəminin tüstü borusunu Hellfire raketləri ilə vuraraq onun hərəkət imkanını məhdudlaşdırıb.
Son xəbərlər
05:09
"Mehr": ABŞ İranın Bəndər-Ling şəhərinə hava zərbəsi endirib
Region04:38
Senat Rusiyanın enerji daşıyıcılarının alıcıları üçün rüsumlar barədə layihəni dəstəkləyəcək
Digər ölkələr04:17
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Digər ölkələr03:47
İran Trampın Tehranın ABŞ vətəndaşını azad etməsi barədə açıqlamasını təkzib edib
Region03:22
ABŞ tələbə vizasının verilmə qaydalarını sərtləşdirir
Digər ölkələr02:54
Livitt: Tramp İsrailin amerikalıların rəyinə təsir göstərməyə çalışması ilə bağlı Venslə razıdır
Digər ölkələr02:27
ABŞ-nin İrana hücumları nəticəsində iki nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-2
Region02:04
Qurban Qurbanov: Qalibiyyət vacib idi
Futbol01:50