CENTCOM admiralı Netanyahu ilə 200 amerikalı hərbçinin İsrailə gəlişini müzakirə edəcək
Digər ölkələr
- 10 oktyabr, 2025
- 14:55
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bredford Kuper İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi Nazirlər Kabinetinin iclasında iştirak edəcək.
"Report" "Ynet"ə istinadən xəbər verir ki, o, ölkəyə 200 amerikalı hərbçinin gəlişinin təfərrüatlarını təqdim edəcək.
Saat 13:00-da keçirilməsi planlaşdırılan iclas Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsi məsələsinə həsr olunacaq.
Mövcud məlumata görə, amerikalı hərbçilər İsraildə yerləşdiriləcək və sazişin şərtlərinə əməl olunmasına nəzarət edəcəklər.
Müşavirəyə İsrail hökumətinin dünənki xüsusi iclasında da iştirak etmiş ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner də dəvət olunub.
Son xəbərlər
08:48
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (07.01.2026)
Maliyyə08:45
İranda İsrailə casusluq etməkdə təqsirləndirilən şəxs edam olunub
Region08:16
Bakının bir sıra yollarında sıxlıq yaşanır
İnfrastruktur08:04
Filippin sahillərində 6,4 maqnitudalı zəlzələ olub
Digər ölkələr07:46
Yaponiya kosmik agentliyi "H3" raketinin buraxılışını təxirə salıb
Digər ölkələr07:21
Ərdoğan icra hakimiyyəti orqanlarında kadr dəyişikliyi edib
Region06:53
Çin Tayvanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr06:22
Venesuelada yeddi günlük matəm elan edilib
Digər ölkələr05:56