CAR-da kimya zavodunda partlayışlar baş verib
Digər ölkələr
- 19 fevral, 2026
- 22:50
Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində kimya müəssisəsində genişmiqyaslı yanğına səbəb olan bir neçə partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Bildirilib ki, zavod Yohannesburqun mərkəzindən 17 km məsafədə Cermiston şəhərində yerləşir, ərazidə çoxsaylı yanğınsöndürən briqadalar fəaliyyət göstərir.
Zavoddan 500 m radiusda sakinlərin və müxtəlif müəssisələrin əməkdaşlarının təxliyəsi aparılır.
Mümkün xəsarət alanlar barədə məlumat daxil olmayıb. Hakimiyyət orqanları hələlik hansı kimyəvi maddələrin yandığını və onların insanlar üçün nə dərəcədə təhlükəli olduğunu da açıqlamayıb.
Son xəbərlər
13:45
Sibiqa: Azərbaycanla ticarət dövriyyəsinin müharibədən əvvəlki həcminin bərpa olunmasında maraqlıyıq
Xarici siyasət13:43
Fəxrəddin İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin olunub
Xarici siyasət13:43
"Murov Az Terminal" voleybol klubu heyətini Vera Klimoviçlə gücləndirib
Komanda13:43
Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
Xarici siyasət13:42
Sibiqa ABŞ nümayəndə heyətinin Ukraynaya səfər edəcəyini təsdiqləyib
Digər ölkələr13:38
Sibiqa: Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əməkdaşlıq bizim üçün vacibdir
Xarici siyasət13:37
AÇG yataqlar blokunda ilk neft halqası quyusunun qazılmasına başlanılıb
Energetika13:31
UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək
Futbol13:31