CAR-da daşqınlar nəticəsində 25 nəfər həlak olub
- 27 yanvar, 2026
- 01:07
Cənubi Afrika Respublikasının (CAR) Limpopo əyalətində daşqın nəticəsində 25 nəfər həlak olub.
"Report" xəbər ki, bu barədə yerli EWN radiostansiyası məlumat yayıb.
Məlumata görə, daha üç nəfərin aqibəti barədə məlumat yoxdur. Axtarış xilasetmə işləri davam edir.
Daha əvvəl regional hökumətin rəhbəri Poppi Ramatuba brifinqdə bildirib ki, daşqın əyalətə 7,9 milyard rand (493,6 milyon dollar) ziyan vurub. O, CAR hökumətindən bərpa işləri üçün əlavə vəsaitin ayrılmasını xahiş edib.
Yanvar ayında CAR-ın şimal və şərq bölgələrində uzunmüddətli yağışlar səbəbindən daşqın baş verib. Ölkə hakimiyyəti beş əyalətdə təbii fəlakət rejimi elan edib. Suyun səviyyəsinin qalxmasından ən çox zərər çəkən Limpopo və Mpumalaqa əyalətləridir. Son günlərdə CAR-da yağışların intensivliyi azalıb.