CAR-da atışma nəticəsində on nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr
- 21 dekabr, 2025
- 08:44
Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhəri yaxınlığındakı qəsəbədə baş verən atışma nəticəsində azı 10 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə AFP polisə istinadən xəbər yayıb.
Məlumata görə, naməlum hücumçular şəhərdən 40 kilometr cənub-qərbdə yerləşən Bekkersdalda atəş açıblar.
Hücum edənlərin küçədəki insanlara qarşı ayrı-seçkilik etmədən atəş açdıqları bildirilir.
Hüquq-mühafizə orqanları hadisənin səbəbini araşdırır.
Son xəbərlər
01:51
Argentinada helikopter qəzaya uğrayıb, yeddi nəfər həlak olub
Digər ölkələr01:40
Türkiyənin 9 vilayətində meşə yanğınları qeydə alınıb
Region01:11
Tramp: İrana güclü zərbə endirəcəyik
Digər ölkələr00:42
Ağ Ev COVID-19-un laboratoriya mənşəli olması barədə məlumatlar təqdim edib
Digər ölkələr00:15
Hakan Fidan HƏMAS lideri ilə görüşüb
Region23:54
Serbiya parlamenti hökumətə etimadsızlıq qətnaməsini rədd edib
Digər ölkələr23:53
"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
Futbol23:50
Ukraynada F-16 qırıcısı qəzaya uğrayıb
Digər ölkələr23:44