Çadda silahlı hücum zamanı 23 hərbçi ölüb
Digər ölkələr
- 05 may, 2026
- 19:52
"Boko Haram" qruplaşmasının yaraqlıları Çadda hərbi bazaya hücum ediblər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ordunun çərşənbə axşamı verdiyi bəyanatda bildirilib.
Məlumata görə, hücum nəticəsində azı 23 təhlükəsizlik xidməti əməkdaşı ölüb, 26 nəfər isə yaralanıb.
"Ordu bazar ertəsi axşam saatlarında Çad gölü bölgəsində baş verən hücumu dəf edib və hazırda ərazinin təmizlənməsi üzrə əməliyyatlar aparılır", - məlumatda qeyd olunub.
Çad Prezidenti Mahamat İdris Debi "Facebook" sosial şəbəkəsindəki bəyanatında silahlıların hücumunu pisləyib.
Xatırladaq ki, 2009-cu ildən bəri "Boko Haram" yaraqlıları öz nüfuzunu Nigeriyanın şimal-şərqindən Çadın qərbinə qədər genişləndirib və orada hərbi obyektlərə hücumlar intensivləşib.
Son xəbərlər
00:52
Səudiyyə Ərəbistanı mayda neftin qiymətinin artımından sonra Asiya üçün qiymətləri endirib
Digər ölkələr00:26
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
Digər ölkələr23:58
Aİ-Azərbaycan münasibətləri: strateji maraqlar "qətnamə marafonu"na qarşı – ŞƏRH
Analitika23:48
Zülfüqari: Tehran BƏƏ ərazisinə raket və ya pilotsuz təyyarə atmayıb
Region23:25
Əlcəzair Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək
Region23:07
Ukrayna Bəhreyndə səfirlik açacaq
Digər ölkələr22:44
Hakan Fidan niderlandlı həmkarı ilə telefonda danışıb
Region22:40
Foto
Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr22:34