BVF Ukraynaya 8 milyard dollarlıq yeni kredit proqramı təklif edir

Digər ölkələr
  • 17 noyabr, 2025
  • 21:25
BVF Ukraynaya 8 milyard dollarlıq yeni kredit proqramı təklif edir

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Ukrayna üçün 8 milyard dollarlıq yeni kredit proqramı hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə Ali Radanın Büdcə məsələləri komitəsinin sədri Roksolana Pidlasa sosial şəbəkələrdə bildirib.

O qeyd edib ki, yeni proqram üzrə rəsmi danışıqlar zamanı Ukraynanın 2026-cı il büdcəsinin detalları BVF missiyasının rəhbəri Qevin Qrey və həmkarları ilə müzakirə olunub.

"BVF-nin Ukraynaya təklif etdiyi proqramın ümumi həcmi dörd il ərzində təxminən səkkiz milyard dollar təşkil edir. Bu, gözlədiyimizdən və ehtiyacımızdan azdır, lakin BVF proqramı digər tərəfdaşlardan, o cümlədən reparasiya kreditindən maliyyə əldə etməyin açarıdır", – deyə o əlavə edib.

Pidlasanın sözlərinə görə, proqramın işə salınması və ilk ödənişlər yanvarda gözlənilir.

Bununla yanaşı, proqramın başlanması üçün fondla razılaşdırılmış kəsir çərçivəsində 2026-cı il büdcəsinin təsdiqi tələb olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti