Bu il Slovakiyaya 46 mindən çox miqrant qanunsuz daxil olub

Digər ölkələr
  • 31 oktyabr, 2023
  • 01:17
Bu il Slovakiyaya 46 mindən çox miqrant qanunsuz daxil olub

“Bu il 46 mindən çox qeyri-qanuni miqrant Balkan adlanan marşrutla Serbiya və Macarıstandan keçərək Slovakiyaya daxil olub”.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Slovakiyanın Baş naziri Robert Fiko bildirib.

Onun sözlərinə görə, Slovakiya hakimiyyəti qeyri-qanuni sərhəd keçidlərinin ən çox baş verdiyi yerlərin xəritəsini tərtib edib:

“Slovakiya-Macarıstan sərhədində ciddi nəzarət polis və ordu qüvvələri tərəfindən birgə təmin edilməlidir. Pilotsuz uçuş aparatlarının istifadəsi gözlənilir. Bratislava Çexiyadan xüsusi mobil avadanlıq götürüb ki, bu da bir neçə kilometr radiusda sərhəd pozucularını müəyyən etməyə imkan verir. Slovakiyada da oxşarı var, lakin o, Ukrayna ilə sərhəddə yerləşir”.

Baş nazirin fikrincə, qeyri-qanuni miqrasiya Slovakiyanın milli təhlükəsizliyinə ciddi təhlükə yaradır:

“Buna görə də Nazirlər Kabineti Macarıstanla sərhədin təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirmək qərarına gəlib. Qanunsuz miqrantlarla mübarizə Budapeştlə sıx əməkdaşlıq şəraitində aparılacaq”.