Britaniyanın yeni XİN başçısı ilk səfərini Ukraynaya edəcək
Digər ölkələr
- 12 sentyabr, 2025
- 12:09
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Ukraynaya səfər edəcək.
Bu barədə "Report" Britaniya hökumətinə istinadən məlumat verib.
Qeyd olunub ki, bu, İ.Kuperin XİN başçısı qismində ilk səfəri olacaq.
Səfər çərçivəsində İ.Kuperin Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Yuliya Sviridenko və XİN başçısı Andrey Sibiqa ilə görüşləri planlaşdırılır.
Nazir ukraynalı həmkarı ilə danışıqlarda Ukrayna və Böyük Britaniya arasında strateji dialoq çərçivəsində işin ümumi prioritetlərini müzakirə edəcək.
Bundan əlavə, Britaniya XİN Ukraynaya 142 milyon funt sterlinq (193 milyon dollar) məbləğində maliyyə yardımının ayrılacağını elan edib.
Son xəbərlər
20:26
ABŞ və İsrailin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə birgə təlimlər keçirib
Digər ölkələr20:20
Azərbaycanın Mərakeşdəki səfiri bu ölkənin iqtisadiyyat və maliyyə naziri ilə görüşüb - YENİLƏNİB
Maliyyə20:18
NATO-nun Baş katibi sabah Ukraynanın Ali Radasında çıxış edəcək
Digər ölkələr20:12
"Milan" heyətini yeni futbolçu ilə gücləndirib
Futbol20:11
Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
Xarici siyasət20:05
Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb
Xarici siyasət20:04
"ChatGPT" son iki ayda Azərbaycandakı bazar payının 10 %-ni itirib
İKT20:01
Foto
İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Xarici siyasət19:50