Britaniyanın Baş naziri: Çin milli təhlükəsizliyimizə təhdid yaradır

Digər ölkələr
  • 02 dekabr, 2025
  • 05:41
Britaniyanın Baş naziri: Çin milli təhlükəsizliyimizə təhdid yaradır

Böyük Britaniyanın Baş naziri Kir Starmer Çini ölkəsinin milli təhlükəsizliyinə təhdid adlandırıb, lakin eyni zamanda Pekinlə əməkdaşlığın zəruri olduğunu bildirib.

"Report"un Böyük Britaniya mediasına istinadən məlumatına görə, London şəhərinin lord-meri tərəfindən hər il keçirilən ənənəvi ziyafətdə çıxış edən Baş nazir deyib: "Bəli, bu, Birləşmiş Krallığın milli təhlükəsizliyinə real təhdid yaradan ölkədir".

Eyni zamanda, Starmer Londonun Pekinlə sabit münasibətlərinin olmamasını tənqid edib. Onun sözlərinə görə, "Qızıl dövr" və "Buz dövrü" arasında sadə seçimdən imtina etmək və "özünü qoruyarkən bir ölkə ilə işləmək və ticarət etmək"in mümkün olduğunu qəbul etmək lazımdır.

"Bizim cavabımız qorxu ilə idarə olunmayacaq və illüziyalarla yumşaldılmayacaq. Bu, gücə, aydınlığa və ayıq realizmə əsaslanacaq", - Baş nazir vurğulayıb.

Starmer əmin edib ki, Pekinlə əməkdaşlığa baxmayaraq, Böyük Britaniya casusluq cəhdlərini və qanunsuz kiberfəaliyyəti yatırmağa, Çinin Rusiya ilə əməkdaşlıq edən qaz və neft şirkətlərinə qarşı sanksiyalar tətbiqinə və insan haqlarının pozulmasına açıq şəkildə cavab verməyə davam edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti