Rusiyadan rüşvət alan britaniyalı siyasətçiyə 10 il həbs cəzası verilib

Digər ölkələr
  • 21 noyabr, 2025
  • 20:35
Rusiyadan rüşvət alan britaniyalı siyasətçiyə 10 il həbs cəzası verilib

Böyük Britaniyanın İslahatı partiyasının sabiq Natan Gill Rusiya hökumətindən rüşvət aldığı üçün 10,5 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Qeyd olunub ki, N.Gill mediada və Avropa Parlamentində verdiyi rusiyayönlü bəyanatlara görə on minlərlə funt-sterlinq dəyərində nağd pul alıb.

"Sky News" hakimin sözlərindən sitat gətirib: "Natan Gill maliyyə və siyasi mənfəət güdərək etibar və səlahiyyət mövqeyindən sui-istifadə edib".

Kanal qeyd edib ki, siyasətçi daha əvvəl Avropa Parlamentinin üzvü olduğu müddətdə - 2018-ci il dekabrın 6-da və 2019-cu il iyulun 19-da səkkiz rüşvət faktı üzrə təqsirli bilinib.

Son xəbərlər

Bütün Xəbər Lenti