Britaniya Ukraynaya planlaşdırılan müddətdən əvvəl yüzlərlə raket təhvil verib
Digər ölkələr
- 10 oktyabr, 2025
- 18:07
Ukraynaya planlaşdırılan müddətdən beş ay əvvəl yüzlərlə hava hücumundan müdafiə (HHM) raketi çatdırılıb.
"Report" bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Britaniyanın müdafiə hazırlığı və sənayesi üzrə naziri Lyuk Pollard bu həftə Ukraynaya hərbi dəstəyin artırılması məqsədilə Kiyevə səfər edən ticarət nümayəndə heyətinə rəhbərlik edib.
Qeyd olunub ki, raketlər Belfast şəhərindəki (Şimali İrlandiya) müəssisədə istehsal edilib və Britaniyanın hərbi yardım proqramı çərçivəsində təhvil verilib. Söhbət Ukraynanın 2022-ci ilin fevralında müharibənin başlanğıcından bəri öz hava məkanının müdafiəsi üçün istifadə etdiyi yüngül çoxməqsədli raketlərdən (LMM) gedir.
Son xəbərlər
00:23
Məhəmməd Vəhbi: "Etiraf etməliyəm ki, Kanada çox yüksək oyun nümayiş etdirdi"
Futbol00:16
Video
Yevlaxda qəza baş verib, FHN-in əməkdaşları əraziyə cəlb edilib
Hadisə23:55
"Neftçi" Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub
Komanda23:34
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
Digər ölkələr23:25
Azzedin Unahi Kanada - Mərakeş matçının ən yaxşı futbolçusu seçilib
Futbol23:20
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb
Hadisə23:05
Zelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Digər ölkələr23:04
DÇ-2026: Kanadaya qalib gələn Mərakeş 1/4 finala yüksələn ilk komanda olub - YENİLƏNİB-5
Futbol22:32