Britaniya Ukraynaya 100 mindən çox dron göndərəcək

Digər ölkələr
  • 15 oktyabr, 2025
  • 12:05
Britaniya Ukraynaya 100 mindən çox dron göndərəcək

London 2025-ci ildə Ukraynaya 100 mindən çox pilotsuz uçuş aparatı (PUA) göndərəcək.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə NATO müdafiə nazirlərinin iclasından öncə jurnalistlərə bildirib.

"Böyük Britaniya Ukraynaya dəstək üçün dron istehsalını fəal şəkildə artırır. Bu il 100 mindən çox pilotsuz uçuş aparatı tədarük edəcəyik və Ukrayna ilə birlikdə dron əleyhinə təkmilləşdirilmiş vasitələr hazırlayırıq", - nazir qeyd edib.

Onun sözlərinə görə, bu səylərin məqsədi Ukraynanın müdafiə imkanlarını gücləndirmək və Rusiyanı çəkindirmək qabiliyyətini artırmaqdır.

C.Hili əlavə edib ki, NATO təhdidlər qarşısında birlik nümayiş etdirir: "Putin (Rusiya Prezidenti Vladimir Putin - red.) sınamağa, parçalamağa, diqqəti yayındırmağa çalışır. NATO ölkələri isə çəkindirmək, birləşmək üçün fəallaşır - biz birlikdə həmişə olduğundan daha güclüyük".

O deyib ki, Böyük Britaniya NATO-nun "Şərq keşikçisi" missiyası çərçivəsində öhdəliklərini yerinə yetirməyə davam edəcək: "Bu o deməkdir ki, Britaniya təyyarələri ilin sonuna qədər Polşa üzərində uçacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti