Britaniya Ukraynaya 10 milyon funt-sterlinq ayıracaq

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 13:32
Britaniya Ukraynaya 10 milyon funt-sterlinq ayıracaq

Böyük Britaniya Ukraynanın enerji infrastrukturunun bərpası üçün 10 milyon funt-sterlinq ayırır.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Brüsseldə bildirib.

Onun sözlərinə görə, keçən həftə sonu Rusiyanın zərbələri yenidən Ukraynada genişmiqyaslı elektrik enerjisi kəsintilərinə və yüz minlərlə insanın işıqsız qalmasına səbəb olub.

"Məhz buna görə mən bu gün Böyük Britaniya tərəfindən Ukraynanın enerji infrastrukturunun bərpasına kömək üçün əlavə 10 milyon funt-sterlinq ayrıldığını elan edirəm", - nazir qeyd edib.

Kuper həmçinin vurğulayıb ki, NATO Böyük Britaniyanın təhlükəsizliyinin təməli olaraq qalır və alyans ölkələri Ukraynaya və Avropanın təhlükəsizliyi ilə bağlı möhkəm və ədalətli sülh kursuna dəstəyini təsdiq edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti