Britaniya kraliçasının iqamətgahında şübhəli qurğu zərərsizləşdirilib, saxlanılan var
Digər ölkələr
- 24 mart, 2021
- 15:13

Britaniya polisi krallıq hökmdarlarının rəsmi iqamətgahında, Xolirud qəsrində kişini saxlayıb, istehkamçılar qrupu şübhəli qurğunu zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə Şotlandiya polisinə istinadən PA agentliyi bildirib.
Agentliyin məlumatına görə, hadisə çərşənbə axşamı olub, ətrafdakı insanlar üçün təhlükə mövcud olmayıb, binaya zərər vurulmayıb.
Araşdırma aparılır.
Böyük Britaniya kraliçası II Yelizaveta 1 ildən çoxdur Edinburqa gəlmir. Qeyd edilir ki, 94 yaşlı monarx və əri, Edinburq hersoqu Filip hələ ötən ilin martında London yaxınlığındakı şəhərkənarı kral iqamətgahı Vindzorda özlərini təcrid ediblər.
Son xəbərlər
12:34
Çempionlar Liqası: "Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Futbol12:32
Qırğızıstan Azərbaycana sığorta sahəsində birgə layihələrin hazırlanmasını təklif edib
Maliyyə12:28
Sabah Bakı və Abşeronda hava yağmursuz olacaq, bölgələrdə yağış yağacaq
Ekologiya12:25
Türkiyə Ordusunun Baş Qərargah rəisi Azərbaycana səfər edəcək
Hərbi12:22
Vüsal Qurbanov: "Sığortanın maliyyə sabitliyində rolu artırılmalıdır"
Maliyyə12:13
Foto
Şuşada Türk Dünyası Sığorta Birliyinin loqo və bayrağı təqdim olunub
Maliyyə12:13
Nepalda iğtişaşlarda ölənlərin sayı 70-i ötüb
Digər ölkələr12:05
Foto
Milli Teatr yeni mövsümü açıq elan edib
Mədəniyyət siyasəti11:53