Braziliyada avtobus qəzasında ən azı 15 nəfər ölüb
Digər ölkələr
- 03 fevral, 2026
- 19:15
Braziliyanın şimal-şərqində zəvvarları daşıyan avtobus ağır qəzaya uğrayıb ən azı 15 nəfər ölüb və onlarla insan xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Braziliya KİV-i məlumat yayıb.
Qeyd olunub ki, avtobusda təxminən 60 sərnişin olub. İlkin məlumatlara görə, o yolda aşıb, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.
Ölənlər arasında beş kişi, yeddi qadın və üç uşaq var. Yaralılar yerli xəstəxanalara çatdırılıb.
Alaqoas ştatının hakimiyyəti üçgünlük matəm elan edib.
Son xəbərlər
05:53
Tramp Takaiçini Yaponiya seçkilərində qələbə qazanması münasibətilə təbrik edib
Digər ölkələr05:12
Britaniyanın Baş naziri həftə ərzində istefa verməyə məcbur edilə bilər
Digər ölkələr04:38
Tailandın hakim partiyası parlament seçkilərində qalib gəlib
Digər ölkələr04:05
İranda etirazçıları dəstəkləyən bir neçə siyasi xadim saxlanılıb
Region03:46
İdlibdə on dörd köçkünlər düşərgəsi su altında qalıb
Digər ölkələr03:10
Meksikada güclü zəlzələ baş verib
Digər ölkələr02:46
Gürcüstanın Baş naziri: Avropa İttifaqı ilə münasibətlər dəyişməyib və aşağı səviyyədədir
Region02:20
Serbiyanın Ədliyyə Nazirliyi Aİ-nin təzyiqi iddialarını rədd edib
Digər ölkələr01:45