Böyük Britaniyada rezident-həkimlərin 6 günlük tətili başlayıb
Digər ölkələr
- 07 aprel, 2026
- 11:15
Böyük Britaniyada onminlərlə rezident-həkim hökumətin əməkhaqqı ilə bağlı təklifini rədd edərək 6 günlük tətilə başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Tətil aprelin 13-ü səhər saatlarınadək davam edəcək. Bundan əlavə, Baş nazir Kir Starmerə verilmiş 48 saatlıq ultimatum heç bir razılıq əldə olunmadan başa çatıb.
Britaniya Tibb Assosiasiyasından bildirilib ki, hökumətin təklifi maaşların azalmasını və kadr problemlərini kompensasiya etməyə qadir deyil.
Assosiasiyadan dəfələrlə vurğulanıb ki, İngiltərənin Milli Səhiyyə Xidmətində son onillikdə real gəlirlər kəskin şəkildə aşağı düşüb, vakansiyaların sayı isə artıb.
Son xəbərlər
22:40
Foto
Yuxarı Şirvan kanalında martın 3-ü batan şəxsin meyiti tapılıb
Hadisə22:37
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
Region22:17
Foto
Bakıda karate üzrə "Grand Prix" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
Fərdi22:06
Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər
Digər ölkələr21:46
Foto
Gürcüstanda yaşayan azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazanıb
Fərdi21:33
"Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı növbəti oyununda uduzub
Komanda21:25
Video
ADSEA-nın tabeli qurumları ərazilərdə yığılan yağış sularının kənarlaşdırılması işlərini davam etdirir
İnfrastruktur21:22
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
Region20:55