Boris Conson şahzadə Filipin dəfn mərasiminə getməyəcək
Digər ölkələr
- 10 aprel, 2021
- 23:54
Böyük Britaniyanın baş naziri Boris Conson kraliça II Elizabetin əri Şahzadə Filipin dəfn mərasimində iştirak etməyəcək.
“Report” xəbər verir ki, bu barədə Dauninq-stritin nümayəndəsinin bəyanatına əsasən “Sky News” telekanalı bildirib.
Qeyd edilir ki, koronavirus üzrə məhdudiyyətlərə görə mərasimdə yalnız 30 nəfər iştirak edə bilər, buna görə baş nazir bir yeri azad etmək üçün tədbirə getməyəcək.
Şahzadə Filip aprelin 9-da 99 yaşında vəfat edib. Britaniyada koronavirus məhdudiyyətlərinə görə, dəfn mərasimi iştirakçılarının sayı 30 nəfəri ötə bilməz, kral ailəsi də istisna təşkil etmir.
Xatırladaq ki, Şahzadə Filip aprelin 17-də dəfn ediləcək. Mərasim qapalı olacaq, ictimaiyyət nümayəndələri dəfnə buraxılmayacaq.
Son xəbərlər
17:53
Hakan Fidan iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
Region17:51
Əraqçi: Netanyahu İranı parçalamaq istəyir
Region17:46
İstanbulda siqaretə görə 14 milyon dollardan çox cərimə tətbiq edilib
Region17:41
Sabah Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək
Energetika17:37
"Fars": Hörmüz boğazı bağlıdır və gəmilərin hərəkətinə icazə verilməyəcək
Region17:26
Əraqçi ABŞ ilə atəşkəsin hansı şərtlə qəbul olunduğunu açıqlayıb
Region17:15
Zelenski: Ukrayna hərbçiləri Stavropolda üç tankerə və neft anbarlarına zərbə endirib – YENİLƏNİB
Digər ölkələr16:56
BAEA İrandakı AES-ə hücumla bağlı araşdırmaya başlayıb - YENİLƏNİB
Region16:35