Beynəlxalq axtarışda olan Rusiya vətəndaşı Bolqarıstanda həbs edilib
Digər ölkələr
- 16 sentyabr, 2025
- 15:32
Bolqarıstanda 2018-ci ildə Beyrutda baş verən və 218 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı 48 yaşlı Rusiya vətəndaşı həbs edilib.
"Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş müfəttiş Zdravko Samuilov məlumat verib.
Məlumata görə, həmin şəxs sentyabrın 5-də Kiprdən gələn reys zamanı hava limanında saxlanılıb. O, İnterpolun qırmızı bülleteni üzrə beynəlxalq axtarışda olub.
Saxlanılan şəxs hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib və müqavimət göstərməyib. Onun baqajında şübhəli heç nə tapılmayıb və Bolqarıstana səfərinin məqsədi turistik səfər olub.
Rusiya vətəndaşı istintaq təcridxanasına yerləşdirilib. Məhkəmə onun ekstradisiyası üçün əsasların olub-olmadığını müəyyən edəcək.
Son xəbərlər
13:50
NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət - ŞƏRH
Analitika13:44
Vüqar Bayramov: "Azərbaycan MDB-də ən ədalətli torpaq islahatları aparan ölkədir"
ASK13:42
Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək
Milli Məclis13:38
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılmasının elektronlaşdırılması I oxunuşda qəbul edilib
Milli Məclis13:37
Azərbaycan gimnastı Mixail Malkin: "Dünya Kubokunda qarşıma qoyduğum məqsədə çatmağı bacardım"
Fərdi13:36
İcbari tibbi sığorta şəhadətnaməsinin elektron formata keçirilməsi I oxunuşda qəbul olunub
Milli Məclis13:33
Babken Tunyan: Ermənistanın Aİİ-yə üzvlüyü Rusiyaya ixrac məhdudiyyətləri səbəbindən mənasını itirir
Region13:32
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri I oxunuşda qəbul edib
Milli Məclis13:26