BMT-nin baş katibi Yaxın Şərqdəki vəziyyətə görə Pakistanın XİN başçısına zəng vurub
- 28 aprel, 2026
- 18:40
BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdəki vəziyyətə görə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dara zəng vurub.
"Report" xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında yayılıb.
"Ən son regional proseslər, eləcə də Pakistanın davam edən diplomatik səyləri və tərəflərlə (ABŞ-İran) əlaqələr müzakirə edilib", - XİN-in bəyanatında qeyd olunub.
Bildirilib ki, söhbət zamanı A. Quterreş Pakistanın davam edən səylərini təqdir edərək, regional və beynəlxalq sülh, sabitlik üçün İslamabadın konstruktiv roluna görə beynəlxalq ictimaiyyətin dərin minnətdarlığını və dəstəyini çatdırıb: "O, BMT-nin Pakistanın davam edən səylərinə tam dəstəyini ifadə edib".
Deputy Prime Minister/Foreign Minister, Senator Mohammad Ishaq Dar @MIshaqDar50, received a call today from the Secretary General of the United Nations, António Guterres @antonioguterres.
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) April 28, 2026
DPM/FM discussed the latest regional developments as well as Pakistan’s ongoing diplomatic… pic.twitter.com/6iY1KpBrFX