BMT Livan-İsrail sərhədində vəziyyətin gərginləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib

Digər ölkələr
  • 10 aprel, 2024
  • 08:50
BMT Livan-İsrail sərhədində vəziyyətin gərginləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib

BMT Livan-İsrail sərhədində vəziyyətin gərginləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Report” “Sky nuys”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Livandakı sülhməramlı missiyasının komandiri Aroldo Lazaro deyib.

O, belə bir ssenarinin real olduğunu bildirib.

A.Lazaro tərəfləri hərbi əməliyyatları dayandırmağa, atəşkəsə çağırıb.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.