​BMT-nin baş katibi vəzifəsinə seçki kampaniyası başlayıb

Digər ölkələr
  • 16 dekabr, 2015
  • 08:16
​BMT-nin baş katibi vəzifəsinə seçki kampaniyası başlayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ BMT-nin baş katibi vəzifəsinə seçkiqabağı kampaniya başlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, BMT Adminstrasiyası başçısının seçilməsi qaydaları ilə bağlı quruma üzv olan 193 dövlətə məktub göndərilib.

Məlumata görə, BMT-nin hazırkı baş katibi Pan Ge Munun səlahiyyət müddəti 2016-cı ildə başa çatır. Onun yerinə seçiləcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq.

BMT Baş Assambleyasının sədri Moqens Lükketoft bildirib ki, qurumun Baş Assambleyasının keçmiş sədri, Makedoniyadan olan diplomat Srjan Kerim və Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç artıq öz namizədliklərini irəli sürüb.