BMT baş katibi Qırğızıstan və Tacikistana müraciət edib
Digər ölkələr
- 03 may, 2021
- 19:17
BMT-nin baş katibi Antoniu Quterriş Qırğızıstanı və Tacikistanı barışığa riayət etməyə çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.
"Baş katib iki ölkə liderlərinin əlaqələrini və mayın 1-də atəşin dayandırılması haqqında nail olunmuş razılaşmanı alqışlayır. O, hər iki tərəfi barışığa riayət edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır”, - Dyujarrik deyib.
"Baş katib həmçinin BMT-nin ehtiyac olduğu halda dəstək göstərməyə hazırlığını təsdiqləyir", - BMT rəsmisi əlavə edib.
Quterriş toqquşmanın gedişatında həlak olanların yaxınlarına başsağlığı verib və xəsarət alanların qısa zamanda sağalmasını arzulayıb.
Son xəbərlər
10:06
ABŞ dövlət katibinin köməkçisi Mərkəzi Asiyaya səfər edəcək
Digər ölkələr10:04
Video
Hikmət Hacıyev: Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır
Xarici siyasət10:02
Azərbaycanda sığorta olunanların və sığortalıların uçotu qaydası təsdiq edilib
Maliyyə10:01
Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib
Biznes10:01
Sesar Palasios "Fulhem"ə transfer olunub
Futbol10:01
İki gün əvvəl Buzovnada dənizdə batan qardaşlardan birinin də meyiti tapılıb
Hadisə09:53
Foto
Edin Ceko "Şalke 04" ilə müqaviləsinin müddətini uzadıb
Futbol09:46
Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var
Digər ölkələr09:45