"Bloomberg": Ağ Ev Kirkin qətlindən sonra təhlükəsizlik tədbirləri üçün konqresdən əlavə 58 milyon dollar tələb edir

Digər ölkələr
  • 14 sentyabr, 2025
  • 03:52
Bloomberg: Ağ Ev Kirkin qətlindən sonra təhlükəsizlik tədbirləri üçün konqresdən əlavə 58 milyon dollar tələb edir

Donald Tramp administrasiyası mühafizəkar ictimai xadim Çarli Kirkin qətlindən sonra icraedici və məhkəmə orqanlarının təhlükəsizliyini gücləndirmək məqsədilə konqresdən əlavə 58 milyon dollar vəsait tələb edir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Əlavə maliyyələşmə tələbinin federal hökumətin xərcləmə qanununun müddətinin 30 sentyabrda başa çatmadan öncə təqdim ediləcək müvəqqəti qanun layihəsinə daxil edilmək üçün irəli sürüldüyü bildirilib.

Administrasiya həmçinin qanunvericilərin təhlükəsizliyinin artırılması üçün resursların genişləndirilməsini dəstəklədiyini bildirib, lakin bu məsələ ilə bağlı qərarı konqresin ixtiyarına buraxıb.

Qeyd edilir ki, bu həftə Çarli Kirkin Yutahda güllələnməsi xüsusilə keçən il prezident seçkiləri kampaniyası zamanı Donald Trampa qarşı edilmiş sui-qəsd cəhdindən sonra ictimai və siyasi xadimlərin təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti