Beyrutdakı partlayış ölkəyə 15 milyard dollar maddi ziyan vurub
Digər ölkələr
- 05 avqust, 2020
- 17:56
Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında baş verən partlayışın ölkəyə vurduğu maddi ziyanın məbləği açıqlanıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, dəyən ziyanın məbləğini Beyrut şəhərinin qubernatoru Mərvan Abbud “Al-Hadath” telekanalına verdiyi açıqlamasında söyləyib.
“Partlayış nəticəsində vurulan maddi ziyan elan ediləndən daha çox ola bilər. Bu, 15 milyard ABŞ dolları qədər ola bilər”- deyə, o bildirib.
Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.
Son məlumata görə, partlayış 135 nəfərin həyatına son qoyub, 5 minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.
Son xəbərlər
00:56
Əraqçi: İran Yaxın Şərqdə müharibənin dayandırılması səylərinə müsbət cavab verib
Region00:30
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Fərdi00:14
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
Futbol00:00
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Daxili siyasət23:41
Aİ-nin Nikosiya sammitinin əsas mövzuları geosiyasi vəziyyətin gərginləşməsi və çoxillik büdcədir
Digər ölkələr23:25
ABŞ Dövlət Departamenti Livana növbəti humanitar yardımın göndərilməsini təsdiqləyib
Digər ölkələr23:07
Ukrayna və Norveç müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıb - YENİLƏNİB
Digər ölkələr22:53
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
Futbol22:46