Bayden Ağ Evi “qızıl qəfəs” adlandırıb
Digər ölkələr
- 17 fevral, 2021
- 11:40
ABŞ prezidenti Cozef Bayden Ağ Evdəki həyatını “qızıl qəfəs” adlandırıb.
Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.
Siyasətçi hələ də birinin ona palto uzatdığına alışa bilmədiyini vurğulayıb. Bayden Barak Obama administrasiyasında vitse-prezident vəzifəsində çalışdığı dövrdə Oval Ofisdə yüz dəfədən çox olduğunu, lakin əvvəllər Ağ Evin yaşayış yerlərində olmadığını açıqlayıb. Onun sözlərinə görə, ora vitse-prezidentin iqamətgahından xeyli fərqlənir.
Bununla belə, Bayden prezidentliyə artıq alışdığını söyləyib: “Bəzən işlər çox sürətlə baş verdiyi üçün elə bilirsən artıq dörd il keçib”.
Qeyd edək ki, C.Bayden yanvarın 20-də and içərək rəsmən prezident vəzifəsinin icrasına başlayıb.
Son xəbərlər
15:53
Foto
Report Media Məktəbinin 21-ci qrupu təlim proqramına qoşulub
Media15:52
Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH
Analitika15:51
Azərbaycanda ötən il yerli gəlirlər və xərclər proqnozu 10 % üstələyib
Maliyyə15:51
İndoneziyada gəmidə partlayış olub, 15 nəfər yaralanıb
Digər ölkələr15:50
Foto
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib
Daxili siyasət15:50
Slovakiya Azərbaycanla investisiya sazişinin tezliklə imzalanacağına ümid edir
Xarici siyasət15:49
Bakı Limanında quru yük aşırılması 77 % artıb
ASK15:48
Foto
Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib
Maliyyə15:46