Baş nazir: Avropa İttifaqı Rusiyadan güclüdür, o, Moskvadan qorxmamalıdır

Digər ölkələr
  • 02 oktyabr, 2025
  • 12:10
Baş nazir: Avropa İttifaqı Rusiyadan güclüdür, o, Moskvadan qorxmamalıdır
Viktor Orban

Avropa İttifaqı (Aİ) iqtisadi cəhətdən daha güclü olduğu üçün Rusiyadan qorxmamalıdır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Kopenhagendə Avropa Siyasi Birliyinin sammitindən əvvəl bildirib.

"Biz Rusiyadan güclüyük. Gəlin müqayisə aparaq və faktlardan çıxış edərək nəticə çıxaraq: Rusiyanın 130 milyon əhalisinə qarşı Aİ-nin əhalisi 400 milyondan çoxdur. ÜDM göstəricilərimizə baxın və onları Rusiya ilə müqayisə edin. Biz niyə qorxuruq? Biz daha güclüyük. Məsələ bundadır ki, maraqlarımızı birlikdə qorumaq üçün kifayət qədər liderlik edə biləcəyikmi", - V.Orban Polşanın Baş naziri Donald Tuskun jurnalistlərlə söhbətini kəsərək bildirib.

D.Tusk söhbəti davam etdirərək qeyd edib: "Düşünürəm ki, Viktor Orbanın kimin tərəfində olduğu hamıya aydındır - təəssüf ki. Ancaq bu, bizə normal söhbət aparmağa mane olmadı. Mən Avropadakı tərəfdaşlarımızla sivil formada dialoq qurmağa çalışıram və emosiyalarımı cilovlamağı bacarıram".

Son xəbərlər

Bütün Xəbər Lenti