Banqladeşdə yanğında ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB
- 14 oktyabr, 2025
- 21:15

Banqladeşin paytaxtı Dəkkə şəhərində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 16-ya çatıb.
"Report" xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti məlumat yayıb.
Yanğın paytaxtın Rupnaqar rayonunda tikiş fabrikində və yaxınlıqdakı kimyəvi maddələr anbarında baş verib. Fövqəladə Hallar Xidmətinin ilkin məlumatlarına görə, yanğına güclü zəhərli qazın partlaması səbəb olub, ölüm hallarına da elə zəhərlənmələr səbəb olub.
Kimyəvi maddələr anbarındakı yanğın davam edir. Yanğınsöndürmə qrupları zəhərlənmə riskinə görə yanğın ocaqlarına çox da yaxınlaşa bilmir.
Banqladeşdə tikiş fabrikində və ona bitişik kimyəvi maddələr anbarında yanğın baş verib, nəticədə ən azı doqquz nəfər ölüb, bir nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Yanğınsöndürmə Xidməti və Mülki Müdafiə Departamentindən bildirilib ki, yanğın Dəkkə şəhərinin Mirpur rayonunda yerləşən yeddimərtəbəli fabrikin üçüncü mərtəbəsində başlayıb və daha sonra kimyəvi maddələr anbarına yayılıb. Yanğının səbəbi hələlik məlum deyil.
Yanğınsöndürmə Xidmətinin direktoru Tacul İslam Çoudhuri ölənlərin sayının arta biləcəyini deyib.