Bağdad hava limanı raket atəşinə tutulub
Digər ölkələr
- 23 yanvar, 2021
- 11:44
Bağdad Beynəlxalq Hava Limanı ötən gecə raket atəşinə tutulub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hava limanı yaxınlığına “Katyusha” yaylım atəş qurğusuna aid 3 raket düşüb. Bu barədə İraq Birləşmiş Əməliyyat Komandanlığı açıqlama verib. Raketlərdən biri Əl-Cihad dairəsindəki yaşayış evlərindən birinə maddi ziyan vurub. Hadisə nəticəsində zərərçəkən yoxdur.
Bu hücumun məsuliyyətini üzərinə götürən yoxdur. Bəzi ehtimallara görə, hücumun hədəfi yaxınlıqdakı ABŞ hərbi bazası olub.
Xatırladaq ki, cümə axşamı paytaxt bazarlarının birində kamikadze terrorçu tərəfindən iki bomba partladılması nəticəsində azı 32 nəfər ölmüş, onlarla yaralanan var.
Son xəbərlər
10:41
Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA
Ekologiya10:35
Konqoda Ebola virusuna yoluxanların sayı 950-ni keçib
Digər ölkələr10:03
Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək
Energetika09:56
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
Futbol09:38
Cey Di Vensin İsveçrəyə səfəri başlayıb
Region09:17
Kot-d'İvuar millisinin baş məşqçisi Almaniyanın oyununu tənqid edib
Futbol08:54
"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
Digər ölkələr08:27
Tramp: Güzgü gölü vandalizm aktlarından sonra yenidən təmir edilməli olacaq
Digər ölkələr07:47