Azadə Hüseynova: İslam Sivilizasiyası Mərkəzinin açılışı möhtəşəm hadisədir

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 15:14
Azadə Hüseynova: İslam Sivilizasiyası Mərkəzinin açılışı möhtəşəm hadisədir

İslam Sivilizasiyası Mərkəzinin açılışı möhtəşəm hadisədir.

"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə "İçərişəhər" Muzey Mərkəzinin direktoru Azadə Hüseynova "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" adlı beynəlxalq konqresin plenar iclasında bildirib.

Onun sözlərinə görə, mərkəz Gizada yeni açılan Böyük Misir Muzeyinə layiqli rəqabət təşkil edə bilər.

A.Hüseynova, həmçinin qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın xalqlarını ümumi tarix və mədəniyyət birləşdirir.

Muzey əməkdaşlığından danışarkən o qeyd edib ki, Azərbaycanda Özbəkistanın mədəni irsinin rəqəmsallaşdırılması və qorunması prosesini böyük maraqla müşahidə edirlər.

"Bu layihə çərçivəsində özbəkistanlı mütəxəssislərin Azərbaycanda onların irsinin bir hissəsi olan bir çox artefaktları aşkar etməsindən məmnunam", - A.Hüseynova vurğulayıb.

O, ümumi tarixin birgə öyrənilməsinin vacibliyini qeyd edib.

Türkmənistanın Lebap vilayətinin tarix-diyarşünaslıq muzeyinin direktoru Gülbahor Yanqibayeva bildirib ki, Türkmənistanı və Özbəkistanı ümumi tarix və mədəni-regional xüsusiyyətlər birləşdirir.

Qırğızıstan milli tarix muzeyinin nümayəndəsi Aybek Moldokmatov bildirib ki, İslam Sivilizasiyası Mərkəzinin açılışı regionun ümumi tarixi ilə əlaqədar olaraq iki ölkə arasındakı əlaqələrin güclənməsinə töhfə verə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti