Zelenskinin müşaviri: Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı 30 dəqiqə çəkib - YENİLƏNİB

Digər ölkələr
  • 25 fevral, 2026
  • 23:24
Zelenskinin müşaviri: Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı 30 dəqiqə çəkib - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığını başa çatdırıb.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin bildirib.

"Artıq danışığı başa çatdırıblar", - deyə Litvin çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib, lakin söhbətin detallarını açıqlamayıb.

O, danışığın təxminən 30 dəqiqə davam etdiyini qeyd edib.

Daha əvvəl Ukrayna və ABŞ prezidentləri arasındakı telefon danışığı barədə "Axios"un müxbiri Barak Ravid məlumatlı mənbələrə istinadən xəbər vermişdi.

ABŞ Prezidenti Donald Tramp hazırda ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparır.

"Report"un məlumatına görə, bu barədə Amerikanın "Axios" portalının jurnalisti Barak Ravid bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti