Avstraliyanın Baş naziri İsrail Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib
- 23 dekabr, 2025
- 13:39
Avstraliyanın Baş naziri Entoni Albaniz İsrail Prezidenti İsxak Hersoqla telefon danışığı zamanı onu ölkəsinə səfərə dəvət edib.
"Report" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
Məlumata görə, E.Albaniz ötən həftə Sidneydə Avstraliyanın yəhudi icmasına qarşı törədilmiş terror aktı ilə bağlı dərin narahatlığını ifadə edib və qurbanların ailələrinə başsağlığı verib.
Prezident Hersoq da yəhudilərin Hanuka bayramı münasibətilə Bondi çimərliyində keçirilən tədbirdə törədilmiş terror aktından sarsıldığını deyib.
"Baş nazir Albaniz İsrail Prezidentinə bildirib ki, hökumətin tövsiyəsi ilə Avstraliyanın general-qubernatoru protokola uyğun olaraq Prezident Hersoqun yaxın zamanda ölkəyə səfər etməsi ilə bağlı dəvət göndərəcək. İsrail Prezidenti dəvəti qəbul edəcəyini deyib", - paylaşımda qeyd olunub.