Avropa İttifaqına sığınacaq üçün müraciət edən suriyalıların sayı azalıb
Digər ölkələr
- 08 sentyabr, 2025
- 10:19
Bu ilin ilk altı ayında Avropa İttifaqında (Aİ) sığınacaq üçün müraciətlərin sayı 23 % azalıb. Buna səbəb suriyalıların sayının əhəmiyyətli dərəcədə azalması olub.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Sığınacaq Agentliyi (EUAA) bildirib.
Agentliyin məlumatına görə, suriyalılar Aİ-nin 27 ölkəsində, həmçinin İsveçrə və Norveçdə 25 minə yaxın sığınacaq üçün müraciət edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66 % azdır.
Buna səbəb kimi 2024-cü ilin dekabrında Suriya hökumətinin dəyişməsi göstərilir.
"Yeni Suriya hakimiyyəti bərpanın tərəfdarı olduğu üçün bir çox suriyalı evlərinə qayıtmağa daha çox ümid edir", - EUAA-nın hesabatında bildirilib.
Son xəbərlər
20:49
Rubio: Aİ-nin X sosial şəbəkəsini cərimələməsi Amerika xalqına zərbədir
Digər ölkələr20:36
Pakistan Qətər və İtaliyadan 45 partiya maye qaz alışından imtina edib
Digər ölkələr20:30
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tur başa çatıb
Komanda20:24
Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq
ASK20:22
Foto
"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olunub
Mədəniyyət20:11
ING Azərbaycanda 2025-2026-cı illər üçün inflyasiya proqnozlarını yenidən nəzərdən keçirib
Maliyyə20:04
Foto
Gürcüstanın Host TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub
Media20:02
Foto
Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət20:01